SON XƏBƏR

Salyanda Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Dekabr 12
15:48 2019
Salyanda Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

Qlobal.az xəbər verir ki, 12 dekabr 2019-cu il tarixində Salyan rayon Heydər Parkında Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar izdihamlı anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, "N” saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ müharibəsi əlilləri və veteranları, dindarlar və ictiamiyyət nümayəndələri iştirak etmişdir. 
 
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Anım tədbiri rayon İcra Hakimiyyətində davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Mərkəzinin birgə hazırladığı ədəbi-bədii kompozisiyada Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilmiş, rayon incəsənət ustaları şeir və musiqilərlə çıxış etmişlər.
     
Sonra rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Kür” şadlıq evində ehsan süfrəsi açılmışdır.
 
Qlobal.Az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook