SON XƏBƏR

Səadət Veysovadan "humanist" qərar - "Fond pulu" hissə-hissə ödəniləcək

Noyabr 06
15:59 2019
Təhsildə "yenilik": Yasamal rayon 20 nömrəli məktəb-lisey fond pulunu "kredit"lə alacaq.

Təhsil Nazirliyinin tapşırığına Yasamal rayon 20 nömrəli məktəb-lisey əhəmiyyət vermir.

Məlumatda bildirilir ki, Yasamal rayon 20 nömrəli məktəb–liseyin direktoru Səadət Veysovanın tapşırığına görə fond pulu üçün bir şagirddən 30 manat yığılacaq.
 
Direktorun digər "təklifi" isə daha ”humanist”dir. Belə ki, fond pulunu-30 manatı bir dəfəyə verə bilməyən valideynlər ilin sonunadək pulu hissə-hissə ödəyəcək.

Qeyd edək ki, 20 nömrəli məktəb-liseydə hər bir şagirddən 30 manat toplanmasına səbəb kimi məktəbdə işləyən xadimələrin aylıq məvaciblərini artırmaq üşündür. Məktəbdə pul yığımını sinif rəhbərləri həyata keçirir. Hətta direktorun tapşırığına görə pulu vermək istəməyən şagirdlərin əvəzinə sinif rəhbərləri pulu öz vəsaitləri hesabına ödəyəcək.

Mənbə: tezxeber.az

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook