SON XƏBƏR

Şəmkirdə itkin düşən qız Sumqayıtda tapıldı

Yanvar 10
13:08 2020
Şəmkir rayonunda itgin düşən qız tapılıb.

Şəmkir rayonun Kür qəsəbəsində yanvar ayının 6-da itgin düşən Xəyalə Həsənova tapılıb.

Daxili İşlər Nazirliyinin Qərb Regional bölməsindən verilən məlumata görə, X.Həsənova Sumqayıt şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
 
(baku.ws)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook