SON XƏBƏR

Şiddətli külək Türkiyənin Mersin şəhərini viran qoydu - FOTOLAR

Yanvar 17
11:04 2019
Türkiyənin Mersin şəhərində sürəti saatda 110 kilometrə (saniyədə 30,5 metr – virtualaz.org) çatan külək dəniz kənarında yerləşən bu yaşayış məntəqəsini viran qoyub.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, şiddətli külək və yağış şəhərdə həyatı iflic edib, sahildə beton bloklar parça-parça olub.

Bununla bağlı sosial şəbəkə istifadəçisi olan şəhər sakinlərindən biri yazır:

"Kabus kimi bir gecə yaşadıq. Dənizdə qalanlar, uçulmuş damlar, daxmalar, sınan şüşələr, hündür dalğalar, ağacların aşması... Bulvarı su basdığından oradan keçən yol hər iki istiqamətdə bağlandı, evləri və ofisləri su basdı.

Allah betərindən qorusun. Bələdiyyə işçiləri səhərə qədər iş başında idilər. Yağış və fırtına hələ davam etməkdədir. Heç kimin bu hava şərtlərinin qurbanı olmaması üçün dua edirik. Hamıya keçmiş olsun”.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook