SON XƏBƏR

Şirkət rəhbərinin məhkəməsi başlayır - Dörd milyonluq dələduzluqda təqsirləndirilir

Dekabr 05
10:48 2019
Dörd milyon manata yaxın dələduzluqda təqsirləndirilən "Azfen” Birgə Müəssisəsinin rəhbəri Qarayev Nicat Maarif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, Nicat Qarayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
 
Cinayət işi üzrə 17 nəfər zərərçəkən şəxs qismində tanınıb.

İş üzrə ümumilikdə 4 milyon manata yaxın maddi ziyan var.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook