Siyavuş Novruzovun xanımı Ombudsman seçildi
Noyabr 29
13:06
2019
Parlamentin bugünkü plenar iclasında Prezident İlham Əliyevin təklifi ilə Ombudsman seçilib.
Millət vəkillərinin səsverməsi nəticəsində Səbinə Əliyeva 104 səslə Azərbaycanın yeni İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib, 1 nəfər isə bitərəf qalıb.
Xatırladaq ki, S. Əliyeva YAP-çı deputat Siyavuş Novruzovun xanımıdır.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Bahar Muradova çıxışında bildirib ki, namizədlər Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyeva arasında komitə iclasında müzakirə aparılıb.
Qeyd edək ki, Ombudsman Elmira Süleymanova plenar iclasda iştirak etməyib.