SON XƏBƏR

ÜST rəhbəri əməkdaşlığın davam etdirilməsi üçün ABŞ-a çağırış etdi

İyun 02
10:22 2020
Dünya Səhiyyə Təşkilatı ABŞ-la əməkdaşlığın davam etməsinii istəyir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun baş direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib. O, dünyanın uzun zaman Vaşinqtonun yardımlarından faydalandığını deyib və bu əməkdaşlığın davam etdirilməsi üçün ABŞ-a çağırış edib.

"ABŞ prezidentinin cümə günü etdiyi çıxışla bağlı bizə çoxlu suallar ünvanlanır. Dünya uzun zamandır ABŞ hökuməti və xalqının gücündən və əməkdaşlığından bəhrələnib. ABŞ hökuməti və xalqı on illər boyu qlobal səhiyyəyə töhfəsini verib və bu, bütün dünyada ictimai səhiyyə sahəsində böyük fərq yaradıb. Dünya Səhiyyə Təşkilatı bu əməkdaşlığın davam etməsini diləyir".

Qebreyesus ABŞ administrasiyasının DST-yə hələ qərarını rəsmi şəkildə bildirmədiyinə diqqət çəkib, xəbəri yalnız mətbuatdan eşitdiyini deyib. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən həftə keçirdiyi mətbuat konfransında DST-ə maliyyə yardımını dayandırdıqlarını və həmin vəsaitin dünyada tibbi xidmət göstərən digər təşkilatlara yönəldəcəklərini bildirmişdi. O, həmçinin qurumu islahatlar aparmamaqda və Çinin diktəsi ilə hərəkət etməkdə ittiham etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook