SON XƏBƏR

"Tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə" - ReAl Partiyası Milli Şura və AXCP-yə sərt cavab verib

Sentyabr 04
13:01 2019
Azərbaycan Xalq Cəbhəsi Partiyasının da (AXCP) təmsil olunduğu Milli Şura ilə ReAl Partiyası arasında gərginlik davam edir.

"Report”un xəbərinə görə, ReAl-ın icraçı katibi Natiq Cəfərli bildirib ki, Milli Şura ona və ReAl-a qarşı qarayaxma, çamuratma kampaniyasına başlayıb.

N.Cəfərlinin sözlərinə görə, bir qrup insan (sayları 100-ü keçmir, sadəcə, hər birinin də "Facebook"da 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar: "Bu kampaniya birbaşa Milli Şura rəhbərliyənə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Fərqli düşünən görəndə, sanki, havalanırlar, ağılları-bilikləri yoxdur deyə ancaq satqın söhbəti salırlar. Müsavat Partiyası 2013-cü ildə Milli Şuradan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar. Bu insanlar anlamırlar ki, indiki hakimiyyətə qarşı nə qədər çoxsəsli və müxtəlif müqavimət mərkəzləri olsa, bir o qədər onların özlərinə xeyirdir. Çünki hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis vəziyyətə düşəcək, məhv olacaqlar, hakimiyyət bütün gücünü tək onlara yönəldəcək. Bu o qədər aydın məntiqdir ki, anlamırlarsa, deməli, beyinləri yoxdur. 25 ildi xalqı dolayanların, aldadanların ritorikası ilə danışım? "Gəlirik, "Az qaldı”, "Hakimiyyət çökür”, "Hamısı qaçmağa hazırlaşır” beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm, siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə. Biz həmişə çamur atanlara və qara yaxanlara cavab olaraq belə yazılar yazırıq”. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook