Turizm Agentliyi: “Çimərliklərə girış pulsuz olmalıdır”
İyun 13
16:28
2019
Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb.
Virtualaz.org-un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə jurnalistlərin "Yanardağ" qoruğuna mediaturu zamanı deyib.
Onun sözlərinə görə, monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək: "Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətlərin keyfiyyətini müəyyən etmək istəyirik. Monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olmalıdır. Hazırda vəziyyəti araşdırırıq”.