SON XƏBƏR

Türkdilli dövlətlərin kəşfiyyatı toparlandı: ortaq mərkəz nə vəd edir?

Sentyabr 10
09:33 2019
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası da keçirilib. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin təsis edilməsinin əməkdaşlıq sahələrində birgə fəaliyyətə müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektivliyinin yüksəlməsinə əlverişli şərait yaradacağına ümidvar olduğunu söyləyib.

Dünyada və regionda artan terror risqlərini, müxtəlif terror şəbəkələrinin aktivləşməsini, ölkələri, xalqları təhdid etməsini nəzərə alsaq, türkdilli ölkələrin ortaq kəşfiyyat mərkəzinin yaradılmasının perspektivi varmı?

Ankarada mənzillənən mərkəzin fəaliyyəti Azərbaycan üçün hansı müsbət əhəmiyyət daşıyır?

Asim Mollazadə: "Bu əməkdaşlıq formatı türkdilli dövlətləri bir-birinə daha da yaxın edəcək”

Deputat Asim Mollazadə "Yeni Müsavat”a bildirib ki, digər sahələrdə olduğu kimi, bu sahədə də türkdilli dövlətlərlə yaxınlıq olduqca vacibdir. A.Mollazadənin sözlərinə görə, bu əməkdaşlıq formatı türkdilli dövlətləri bir-birinə daha da yaxın edəcək. Deputat türkdilli ölkələrlə iqtisadi, mədəni əməkdaşlıq olduğunu vurğuladı:  "Mən TÜRKSOY-un fəaliyyətini xüsusi qiymətləndirirəm. Mənə elə gəlir ki, bütün sahələrdə əməkdaşlığımız varsa, bizi birləşdirən dəyərləri də müdafiə etməliyik və təhlükəsizlik məsələləri istiqamətində atılan bu addım çox mühümdür”.

Nəzakət Məmmədova: "Bu, terrorçuluğa və radikallaşmaya qarşı mübarizənin genişlənməsinə daha da yardım edə bilər”

Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, bu, regional təhlükəsizlik əməkdaşlığının genişlənməsinə, terrorçuluğa və radikallaşmaya qarşı mübarizənin genişlənməsinə daha da yardım edə bilər:  "Dünyada terror təhlükəsinin hələ də mövcud olduğu bir dövrdə, ələlxüsus, Türkiyənin, Mərkəzi Asiya türkdilli respublikalarının terrora məruz qaldığı bir dövrdə bu cür əməkdaşlığın institutsionallaşması mühüm hadisədir. Bu, regional təhlükəsizliyin inkişafında vacib hadisə hesab oluna bilər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook