SON XƏBƏR

Türkiyə Super Liqasının bərpa tarixi açıqlandı (RƏSMİ)

May 06
15:44 2020
Türkiyə Super Liqasının bərpa olunacağı tarix açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir bu gün video formatında keçirdiyi mətbuat konfransında deyib. Prezident bildirib ki, Super Liqa iyunun 12-də bərpa olunacaq.

Super Liqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasında da oyunlara iyunun 12, 13 və ya 14-də start veriləcək. Federasiya rəhbəri hazırkı şərtlər əsasında və səhiyyə naziri Fahrettin Koca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib. 

Özdəmir çempionatı iyulda tamamlayacaqlarına və avqustda Çempionlar Liqasının finalını təşkil edəcəklərinə inam ifadə edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook