SON XƏBƏR

Türkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb

Dekabr 04
16:45 2019
"Bakutel-2019” Yubiley Sərgisində iştirak edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan sərgi çərçivəsində xarici hökümət rəsmilərinin VİP turunda "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçılarının təqdim etdiyi stendlə tanış olub.

APA-nın məlumatına görə, türkiyəli nazir şəhidlərimizin övladlarını diqqətlə dinləyib. Mehmet Cahit Turhanın şəhid övladının qarşısında əyilərək əlindən öpüb.

Qeyd edək ki, tükrkiyəli nazir Mehmet Cahit Turhan "Bakutel-2019” 25-ci Yubiley Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdədir. Türkiyə İT şirkətləri beynəlxalq sərgidə milli pavilyonla təmsil olunur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook