SON XƏBƏR

Ukrayna Ali Radası deputat toxunulmazlığını ləğv etdi

Sentyabr 03
15:40 2019
Ukrayna Ali Radası bu gün keçirilən iclasında deputat toxunulmazlığının ləğv olunması barədə qanun layihəsini qəbul edib.

Qlobal.az Azərtac-a istinadla bildirir ki, qanun layihəsinin lehinə 373 deputat səs verib.

Qanun deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb olunmasını, saxlanmasını, yaxud həbs edilməsini qadağan edən müddəaların konstitusiyadan çıxarılmasını nəzərdə tutur. Bununla yanaşı, deputatlar əvvəlki kimi səsvermənin nəticələrinə, təhqir və böhtan istisna olmaqla parlamentdə səsləndirdilkəri fikirlərə görə hüquqi məsuliyyət daşımayacaqlar.

Xatırladaq ki, sənədi Ukrayna prezidenti imzalamalıdır.

Onu da qeyd edək ki, qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook