SON XƏBƏR

Vəkillər Kollegiyası Adil İsmayılovla bağlı qərarını ləğv etdi

Sentyabr 24
18:41 2019
Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar ləğv edilib.
 
Bu barədə Adil İsmayılov "Facebook" səhifəsində məlumat verib.

"Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi", - deyə vəkil bildirib. 

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında Adil İsmayılovun vəkillik fəaliyyətinin intizam icraatı çərçivəsində bir il müddətinə dayandırılması barədə qərar qəbul edilimişdi. 

Adil İsmayılovun cəzalandırılmasına bir neçə həmkarının şikayəti səbəb olmuşdu. Şikayətdə Adil İsmayılovun sosial şəbəkədə Vəkillər Kollegiyası üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsi qeyd olunub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook