SON XƏBƏR

Vilayət Eyvazov İsmail Çataklını qəbul edib

Noyabr 06
10:00 2019
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Çataklını qəbul edib.

Məlumatda deyilir ki, qonağı salamlayan nazir V.Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sferasının da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların yüksək peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib, qazanılmış uğurlarda Türkiyə Jandarm Qüvvələrinin, Türkiyə Polisinin də danılmaz rolunun, xidmətinin olmasına diqqət çəkib. Buna görə Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə və bütün mənsublarına təşəkkürünü bildirən Daxili İşlər naziri V.Eyvazov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Süleyman Soyluya salamlarını catdırmağı nazir müavinindən xahiş edib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Çataklı respublikamıza ikinci gəlişindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı işbirliyinin daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib .

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook