SON XƏBƏR

Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin kollektivinə təqdim edilib

Avqust 01
15:35 2019
Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Vilayət Vəliyev universitetin kollektivinə təqdim edilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Vilayət Vəliyevin bioqrafiyası barədə məlumat verib.

C. Bayramov qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunması ilə bağlı sərəncam imzalayıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook