SON XƏBƏR

“Xanımlarımız hər zaman cəbhədə ön sıralarda olublar” - Səidə Qocamanlı

İyul 18
09:50 2020
Cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edənlər arasında xanımlar da var. Könüllülər arasında xanımların olması xalqımızın bir yumruq kimi birliyinin göstəricisidir. Zaman-zaman Azərbaycan xanımları da igid oğullarımızla birgə ön cəbhədə olublar. Onlar da göstərdikləri döyüş şücaətləri ilə fərqləniblər. Bu torpağa qanlarını qataraq onun vətənə çevrilməsinə nail olublar. Tovuz istiqamətində baş verənlərdən sonra Azərbaycan xanımlarının vətənə, torpağa bağlılığının bir daha şahidi olduq.

Məsələ ilə bağl "Sherg.az”a danışan hüquq müdafiəçisi Səidə Qocamanlı da bildirib ki, Azərbaycan xanımlarının cəbhəyə getmək istəyi ilk hal deyil. Onun sözlərinə görə, xanımlarımız hər zaman cəbhədə ön sıralarda olublar:

"Burada o qədər də təəccüblü bir hadisə yoxdur. Tarixən nə qədər qadınlarımızı şəhid vermişik. Bu gün bütün Azərbaycan, sanki, bir cəbhədir. Vətəni qorumaq üçün əlimizdən gələni etməliyik. Harda oluruqsa olaq, səfərbərlik vəziyyətindəyik. Əlbəttə, söhbət vətən söhbətidirsə, deməli, hamı gedib vuruşacaq, torpaqlarımız uğrunda mübarizə aparacaq və işğalda olan ərazilərimiz mütləq azad olunacaq”.

S.Qocamanlı vurğulayıb ki, zaman-zaman Azərbaycan gənclərinin ruhunun öldüyü ilə bağlı fikirlər səslənirdi:

"Amma son olaylar göstərdi ki, gənclərimizdəki genetik ruh lazım olanda özünü büruzə verir. Kim olursa olsun, vətən uğrunda vuruşmağa hazırdır. Bu, olduqca sevindiricidir. Belə gənclərlə, belə vətəndaşlarla mütləq Qarabağı alacağıq. Tovuzda baş verən təxribatlara da yaxın zamanda son qoyulacaq”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook