SON XƏBƏR

Xırdalanda həyat iflic oldu: yollar tamamilə sıradan çıxıb

İyul 24
13:44 2019
Xırdalanda yolların iflic vəziyyətinə düşməsi ciddi problemlər yaradıb.

Qlobal.az xəbər verir ki, şəhərin daxilində təmir-tikinti işlərinin aparılması nəqliyyatın və piyadaların hərəkətində çətinlik yaradıb. Bəzi küçələrdə təmir-tikinti işlərinin başa çatmasına baxmayaraq, avtomobil yolları sanki müharibə şəraitindəki bir şəhərin küçələrini xatırladır. 2006-cı ildə şəhər statusu alan Xırdalanda yağışlı günlərdə palçığa batmadan hərəkət etmək mümkün deyil. 

Xırdalan şəhərində uzun müddətdir davam edən bu duruma dəfələrlə tanınmış şəxslər etirazlarını bildirsələr də, heç bir dəyişiklik yoxdur. Abşeron rayon İcra Hakimiyyəti şəhər yollarının iflic olmasını digər qurumların üstünə yıxmaqla özünü vəziyyətdən "çıxartmağa" çalışır. 

Qeyd edək ki, Xırdalan şəhərindəki bərbad yol problemi ilə İctimai Televiziya da reportaj hazırlayıb. Həmin reportajdada açıq görünür ki, şəhərin yolları tamamilə sıradan çıxıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook