SON XƏBƏR

Yanğın baş verən bazarda yaşayış kompleksi tikiləcək?

Dekabr 10
12:12 2019
Bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri, "BE 200 ÇS” amfibiya təyyarəsi, həmçinin dəmir yolunun iki yanğınsöndürmə qatarı hadisə yerinə cəlb olunub.
 
Hazırda yanğının tam söndürüldüyü deyilir. 
 
Yanğın zamanı sahibkarlara nə qədər ziyan dəydiyi barədə məlumat verilmir. 
 
Qlobal.az-a verilən məlumata görə "EuroHome”-un fəaliyyətini dayandıracağı, bazarın yerində isə yaşayış kompleksi inşa ediləcəyi deyilir. 
 
"EuroHome” tikinti materialları bazarında fəaliyyət göstərən sahibkarlara yanğın zamanı nə qədər ziyan dəydiyinə və ərazidə gələcəkdə yaşayış kompleksinin tikiləcəyi xəbərinə aydınlıq gətirilməsi üçün bazar rəhbərliyi ilə əlaqə salamağa çalışdıq. 
 
Qarşı tərəf telefon zənglərimizə cavab vermədi.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook