SON XƏBƏR

YAP-ın namizədinin görüşündə "seçicilər" mürgülədi - FOTO

Yanvar 25
03:34 2020
Azərbaycanda fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkisinin təşviqat mərhələsi maraqlı nüanslarla davam etməkdədir. 

Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri də müstəqil namizədlərdən geri qalmır, demək olar ki, hər gün ünvanlara gedərək seçicilərlə görüşlər keçirirlər. 
 
Qlobal.az xəbər verir ki, YAP-ın namizədləri arasında partiyadaşlarından fərqlənən, seçki təşviqatına digər namizədlər kimi zaman və enerji xərcləməyən "ağır taxtalı" namizədlər də var. 
 
Seçki kampaniyasına bir o qədər də üstünlük verməyənlərdən biri də 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülmüş Elnur Allahverdiyevdir. 
 
Biznes sahəsində kifayət qədər uğur qazana bilmiş Elnur Allahverdiyevin şəxsi feysbuk səhifəsində də ən son paylaşım 2019-cu ilin 29 dekabr tarixində paylaşılıb. 
 
Elnur Allahverdiyev digər namizədlər kimi hər gün seçicilərin ünvanına gedərək onları platformasi ilə tanış etməsə də, partiya xətti ilə indiyədək iki görüş keçirib. 
 
Elnur Allahverdiyevin seçicilərlə keçirdiyi son görüş yanvar ayının 22-də YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun iştirakı ilə baş tutub. Ümumilikdə 100-150 nəfərin iştirak etdiyi tədbirin fotolarına baxdıqda isə tədbirə gələn şəxslərin bəzilərinin mürgülədiyi aydın görünür. 
 
Sosial şəbəkədə yayılan məlumatlara görə Elnur Allahverdiyev seçki təşviqatında aktiv görünməməyinə baxmayaraq, onun ən şanslı namizəd olduğu deyilir.
 
Qlobal.az
 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook