SON XƏBƏR

YAP növbədənkənar seçkilərlə bağlı qərar qəbul etdi

Dekabr 10
14:58 2019
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib. 

Qaynarifo xəbər verir ki, YAP İdarə Heyətinin iclasında ölkədə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğu, əhalinin rifah halının daha da yüksəldiyi, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyi və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Bu baxımdan 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir. Çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti müzakirələrin yekunu olaraq 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul edib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook