"Biz daha o sözləri dəyişdirə bilmərik" - Dilçilik İnstitutunun direktoru
Aprel 30
11:59
2019
"Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra müzakirəyə səbəb olan sözlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitununda baxılmır”.
Bunu "Report”a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, UNİSEF, UNESKO və İSESKO sözlərinin yazılış qaydası müəyyənləşdirdiyi üçün Dilçilik İnstitunda müzakirə mövzusuna çevrilə bilməz: "Ümumiyyətlə, ixtisar olunan və qısaldılan sözlərin yazılış qaydaları müəyyənləşib. Biz düşünürük ki, əcnəbi sözləri öz dilimizin qanunauyğunluqlarına əsasən formalaşdıraq. Artıq həmin sözlərin yazılış qyadaları təsdiqlənib. Biz daha o sözləri dəyişdirə bilmərik. Orijinalda bu sözlər "UNİCEF", "UNESCO” və "İSESCO” kimi yazılır. Amma dilimizə uyğunlaşdığı üçün Azərbaycan hərfləri ilə yazılır. Deməli, biz bu sözləri "YUNESKO” kimi deyil, Baş Nazirin təsdiq etdiyi formada, yəni "UNESKO” kimi deyəcəyik”.