"İqtisadiyyatı neftdən asılı olan ölkələrin vəziyyəti çətinləşir"
Mart 27
12:38
2020
bərabər ciddi bir təklif artıqlığı olduğunu ifadə edərək, "Dünyanın gündəlik neft tələbi 100 milyon bareldir və bunun 80%-i nəqliyyatda istifadə edilir. Bu gün, dünyada 3 milyard insan yeni növ koronavirus (Kovid-19) səbəbilə təcriddədir və hərəkət edə bilmir. Bunun təsirilə 2020-ci ildə gündəlik neft tələbinin təxminən 20 milyon barel azalacağını nəzərdə tuturuq" deyib.
FED.az xəbər verir ki, Birol, "Kovid-19 və Enerji Sisteminin Gələcəyi" mövzusunda video konfransda etdiyi çıxışında, neft bazarlarında tarixdə görünməmiş bir dövr yaşandığını dilə gətirib.
Kovid-19 ilə əlqədar düşən tələb və bazardakı təklif artıqlığı ilə bağlı olaraq neft qiymətlərinin 20 dollar səviyyəsinə gerilədiyini xatırladan Birol, bütün bu proseslərin gələcək illərdə çox əhəmiyyətli nəticələri olacağını söyləyib.
Neft tələbindəki enişə baxmayaraq Səudiyyə Ərəbistanı, Rusiya və bəzi istehsalçı ölkələrin bazara əlavə neft çıxarması planlaşdırdığını qeyd edən Birol, belə davam edib:
"Bu müddətdən İraq, Əlcəzair, Nigeriya, Qabon, Oman, Ekvador kimi iqtisadiyyatı neft gəlirlərinə asılı ölkələr çox ciddi bir şəkildə mənfi təsir görəcəklər. Hökumət büdcəsinin 99%-ni neft gəlirlərindən təmin edən İraqı düşünsək, hazırkı neft qiymətləri ilə İraq, dövlət işçilərinin ancaq yarısının maaşını ödəyə bilir. İraqın dövlət işçilərinə ödədiyi aylıq maaş təxminən 4 milyard dollardır, amma əldə etdiyi gəlir 2,5 milyard dollar səviyyəsindədir. Səhiyyə, təhsil və digər xərcləri hesaba qatmadan belə bir vəziyyət ortaya çıxır. Bu vəziyyət, çox ciddi ictimai və siyasi çətinliklər ortaya çıxaracaq"
Birol, bütün maliyyə təşkilatlarını bu ölkələrə dəstək olmağa dəvət edib.
"Qiymətlərdə yaxşılaşma olduğunda şist nefti istehsalı yenidən artacaq"
Digər tərəfdən, neftdəki təklif artıqlığı və aşağı tələblə birlikdə dünya neft anbarlarının çox qısa bir müddət ərzində tamamilə dolu hala gələcəyini bildirən Birol, "Bu müddətdə bir çox neft şirkətində işdən çıxarmalar ola bilər. Neft istehsalçısı ölkələrə bazarın stabil hala gəlməsinə qatqı təmin etmələri üçün çağırış edirəm" deyib.
Birol, xüsusilə Səudiyyə Ərəbistanının roluna diqqəti çəkərək, "Həm bu ilki G20 yığıncağının başçısı olaraq, həm də neft bazarında daha əvvəl göstərdiyi roluna görə Səudiyyə Ərəbistanının neft bazarlarında vəziyyətin düzəldilməsini boynuna götürməsini gözləyirik" deyib.
Rusiyanın isə ABŞ-da şist nefti istehsalını dayandırmaq məqsədilə hərəkət etdiyini ifadə edən Birol, belə danışıb:
"Bu qiymətlər ilə, Amerikanın şist nefti istehsalında xüsusilə ilin ikinci rübündən başlayaraq ciddi bir tənəzzül görəcəyik. Mən bu filmi daha əvvəl də gördüm. Rusiya, Avropa Birliyi qaz bazarlarındakı payını qorumaq və artırmaq üçün qaz qiymətlərini endirmişdi. İndi isə eyni filmi daha böyük bir ekranda görürük ki, bu da neft bazarlarında olur. Lakin, şist neftinin texnologiyası və geologiyası Amerikadadır. Qiymətlərdə yaxşılaşma olduğunda, şist nefti istehsalının çox daha güclü bir şəkildə artacağını düşünürəm".
Birol, neft bazarındakı proseslərin təbii qaz və mayeləşdirilmiş təbii qaz bazarlarına da ciddi bir şəkildə təsir etdiyini dilə gətirərək, "Bu və bundan sonrakı müddətdə, bütün hökumətlərin, liderlərin və hər kəsin rəngi ortaya çıxacaq. Ümid edirəm ki, bu gözlənilməz çətinliyə qarşı birlik içində və doğru tərəfdə dayanaraq tarixdəki yerimizi alacağıq" ifadələrini istifadə edib.