“Çox ağlayan, çox sızlayan millət qəhrəman yetişdirə bilməz” - Dilavər Əzimli
Aprel 02
09:04
2019
Ölkəmizdə demək olar ki, hər ay tarixdə baş verən hansısa hadisə ilə bağlı bir "qara gün” qeyd olunur. Ermənilər tərəfindən torpaqlarımızın işğal olunma tarixləri, xalqımızın başına gətirilən soyqırım və qırğınlar anılır, həmin günlərdə daha çox millətin əzilməyindən bəhs edilir. Təbii ki, bu kimi işğal tarixlərini və xalqımızın başına gətirilən faciələri unutmaq olmaz. Lakin ekspertlər bildirirlər ki, belə günlərin yanlış formada qeyd edilməsi Azərbaycan cəmiyyətinə mənfi təsir göstərir.
Düzdür, bizim qələbə günlərimiz azdır. Ancaq tarixdə şanlı günlərimiz də var. Məsələn, 1918-ci ildəki Bakı döyüşləri, Göyçay döyüşləri və s. Ümumiyyətlə, daha çox zəfərə köklənməyimiz ekspertlər tərəfindən məqbul hesab edilir.
Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu xüsusda təbliğat işlərini fərqli formada qurmaq lazımdır:
"Əsas məsələ budur ki, biz həmin günlərə necə yanaşırıq. Bu günlərdə xoş ovqatla başımıza gələn bəlaların anım tədbirini keçirə bilərik. Bütün bunların hamısı cəmiyyətə nə vermək istədiyimizdən asılıdır. Əsas məsələ matəm günlərinin çox olmasında deyil, bu günləri necə qeyd etməyimizdədir. Elə insan ola bilər ki, hansısa matəm gününü dərin düşüncə, hörmətlə xatırlayar. Bu günləri ixtisar etmək doğru deyil. Çalışmaq lazımdır ki, həmin günlərdən əhali arasında vətənpərvərlik hissinin yüksəldilməsi üçün istifadə edək. Elə etmək lazımdır ki, biz bundan vasitə kimi istifadə edib, insanların mənəvi inkişafına kömək edək. Mənəvi sıxıntıya yox, mənəvi inkişafa çalışmaq lazımdır”.
Tarixçi Dilavər Əzimli "Yeni Müsavat”a bildirib ki, matəm günlərində ancaq ağlamağın, sızlamağın əleyhinədir: "Ümumiyyətlə, mən zəfər yürüşünün tərəfindəyəm. Bizim bütün matəm günlərində təbliğat aparmaq lazımdır ki, insanlar zəfər yürüşünə hazır olsunlar. Təəssüf hissi ilə qeyd edim ki, bizdə matəm günləri televiziya kanallarına çıxıb ağlamaq, yazıq obrazı yaratmaq barəsində çıxışlar aparırlar. Burada yalnız bir-iki istisnalar da var. Ortaya real nəticə qoyulmur. Məsələn, hər il 31 mart Azərbaycanlıların Soyqırımı günü baş verən hadisələri yada salırlar. Bir gün sonra televiziyalarda oxumaq, mənasız şou verilişləri davam edir. Belə şeyləri məndən olsa yığışdırmaq lazımdır. Ümumiyyətlə, mənim əlimdə olsa muğama da, şouya da veto qoyaram. Bunların yerinə yalnız vətənpərvərlik mahnıları, verilişləri salaram. Milləti bu cür yetişdirmək lazımdır. İnsanlar əslində bu cür formada yetişməlidir. Çox ağlayan, çox sızlayan millət qəhrəman yetişdirə bilməz. Döyüşçünü döyüşçü kimi yetişdirmək lazımdır. Bu, çox vacib məsələlərdən biridir. Bizim hər ayımızda bir matəm var. Ancaq bu matəmdən necə istifadə edirik? Təbliğatımız, istiqamətimiz hansı formadadır? Əsas məsələ budur. Biz bunun üzərində dayanarsaq, iş apararsaq tamamilə fərqli hadisələr baş verə bilər. Millətin inkişafı da ayrı cür baş verər. Nəticədə zəfər yürüşümüzü görərik. Biz ağlamağı kənara qoyub, qəhrəmanlıq tariximizdən danışmalıyıq. Yalnız bu yolla insanları irəli aparmaq mümkündür. Bəllidir ki, bu proseslər fonunda rus, erməni, daşnak birləşmələri bizim başımıza hansı oyunları açıblar. Bunların davamını 1990-cı illərdə də gördük. Qanlı 20 Yanvar hadisələrində, Xocalı soyqırımında da biz tarixi faciələrin davamını yaşadıq. Dünyanın iri dövlətləri isə bu yaşananlara göz yumdular”.
Tarixçi bildirib ki, diplomatik mübarizəni də aparmaq lazımdır:
"Mən demirəm ki, diplomatik işi kənara qoyaq, xarici dövlətlərdə bu məsələ ilə bağlı təbliğat aparmayaq. Hər kəs bilir ki, bu işdə kim günahkardır, kimlər zülm çəkib. Ona görə də bir qədər çevik hərəkət etmək lazımdır. Təbliğatdan düzgün istifadə oradan başlayır ki, bunun üçün doğru adamları seçirsən. Millətini, dövlətini sevən adamları önə çəkmək lazımdır. Ancaq təəssüf ki, bizdə bu cür deyil. Belə işlərdə də kimsə kiminsə tanışıdırsa, önə çəkilir. Axırda isə ortada heç bir nəticə olmur. Bir məsələyə də diqqət çəkmək lazımdır. Son bir ayda Azərbaycan diasporu ilə də maraqlandım. Müşahidə etdim ki, Moskvada olanlar fərqli formada bir-birinə qarşı çıxırlar, Qərb ölkələrində olanlar ayrı istiqamətdə bir-birilərini didirlər. Məsələ burasındadır ki, ortada heç bir vahid xətt yoxdur. Vahid xətt olmadan da hər hansı bir işi aparmaq mümkün deyil. İlk növbədə sistemli işin əsasını qoymaq lazımdır. Hansısa meyarlarla diaspor rəhbərləri olan adamlar fərqli ölkələrdə necə qırılmağımızdan danışıb, ağlayırlar. Bəli, bizi qırdılar. Ancaq biz həm də döyüşdük axı. Bəs bundan niyə danışılmır? Necə oldu ki, Bakı kəndlərinə girə bilmədilər? Çünki orada qəhrəman Bakı qoçuları dayanmışdılar. Eləcə də Muğan məsələsindən danışmaq lazımdır. Hələ də bu, öyrənilməyib. 1919-cu ildə Cəlilabadda harada silahsız kəndlər vardısa, ora girib, yandırdılar. Silahlı kəndlər özlərini qorudular. Bundan əlavə, araşdırmam nəticəsində öyrənmişəm ki, Cümhuriyyət dönəmində göndərilən pristavlar, cəza rəislərinin hamısı şəcərəli insanlar olub. Şəcərəli insan heç zaman dövlətə xəyanət etməz. Cümhuriyyətimizi yaradanların hamısının şəcərəsi bəy nəslidir. Elələri də vardı ki, babasının qapısından neft çıxmışdı, yalançı bəyzadə olmuşdu. Onların da davranışlarına baxmaq lazımdır. İndinin özündə də bu kimi məsələlərə diqqət edilməlidir. Sovet dönəmində bu nəsillər sıradan çıxarıldı. Ancaq yenə də qalanları var. Həmin insanlarla işləmək lazımdır. Dövlətə bu adamlara üstünlük verib, onları millət vəkili seçib, televiziyalara çıxarmaq lazımdır. Əgər belə olarsa, ağlayanlar da olmaz”.