SON XƏBƏR

10-a yaxın əsgər minlərlə əsiri necə nəzarətdə saxlayıb? – İnanılmaz metod

İyul 02
00:05 2020
Koreya müharibəsi zamanı çinli kommunistlərin əlinə əsir düşən amerikalılara tətbiq edilən beyin yuma metodunu eşitməmiş olmazsınız. İki əlin barmaqlarını keçməyəcək sayda çinli əsgər ətrafı hasara alınmayan açıq bir sahədə heç əziyyət çəkmədən minlərlə əsiri idarə edə bilirdi. Maraqlısı budur ki, əsirlərdən heç biri də qaçmağa təşəbbüs belə göstərmirdi. Bütün bunlar və daha artığı ABŞ dairələrində narahatlığa səbəb olur. Axı necə ola bilərdi ki, minlərlə əsir 5-6 əsgərin nəzarətindədir və buna heç kəs etiraz da etmirdi?

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu araşdıran mütəxəssislər əsirləri müayinə etdikdən və izahatlarını aldıqdan sonra tarixdə görülməmiş bir dəhşətlə qarşılaşıblar. Kommunist rejiminin böyük rəğbət bəslədiyi rus alim İvan Pavlovun Çar Rusiyası dövründə apardığı bəzi təcrübələrindən bəhrələnildiyi məlum olub. Alim bu təcrübələr sayəsində rus xalqının düşüncəsini necə dəyişə biləcəyini öyrənib və daha sonra kommunist propaqandasının yeridilməsi üçün rejimlə razılığa gəlib. Beləliklə Pavlov insanda süni zehin pozuntusu yaratmaq üçün bəzi üsullar tapıb.

Bu üsullar aşağıda sadalayacağımız 4 maddə əsasında həyata keçirilirdi:

Yorğunluq: Bunun üçün uzun müddət insanın yatmağına icazə verilmir. İstirahətinə mane olunur. Misal üçün üzünə işıq tutulur.

Sorğu-sual: Uzun müddət yata bilməyən və yorğun olan şəxs bu dəfə saatlarla sorğu-suala tutulur. Hiyləli suallarla beyin tam yorulur və müdafiə qabiliyyətini itirir. Yorğunluğu artan zehnin müdafiə refleksləri sarsıldığı üçün tələyə düşməsi də asanlaşır.

Davamlı işgəncə: zehin pozulduqdan sonra bədən yorğunlaşdırılır. Bunun üçün işgəncələr verilir. Lakin işgəncələr elə bir formada olur ki, bədəndə iz qalmasın. Misal üçün şəxs ac, susuz və soyuqda saxlanılır. Nəhayət o, ayağa dura, otura və yata bilməyəcək vəziyyədə gətirilir.

Qorxu: bütün bunlardan sonra zehin nəzarətdən çıxır və işgəncəyə məruz qalan şəxs özünümüdafiə qabiliyyətini itirir. Məntiq də zədələndiyindən mühakimə qabiliyyəti sıfıra enir. Sağlam beynin iş prinsipi artıq tamam dayanıb. Yaddaş pozğunluğu yaranıb və şəxsə qorxu hakim kəsilib. Zehin davamlı şəkildə hansısa bir sıxıntı içərisində qıvrılır və depressiya vəziyyəti yaranır. Xatirələr bulanıqlaşır, xəyalla-gerçək arasındakı sərhəd itir. Artıq hadisələrin sırası pozulub və xatirələrlə əlaqə tamamilə kəsilib.

Nəticə: Və nəhayət işgəncə verən şəxslər bütün bu vəziyyətdən yararlanaraq, təlqin etmə yolu ilə yaddaşı saxta vəziyyətə gətirir və inandırmaq istədikləri məlumatları onun beyninə yeridirlər. Daha sonra verilən bütün işgəncələr şəxsin beynindən silinir. Və özlərini ona kömək etmiş, onu sağaltmış insanlar olaraq həmin şəxsin zehninə yerləşdirirlər.

Beləliklə, artıq əsir verilən tapşırıqlara inamlı şəkildə əməl edir. Ona nəzarət edənləri isə çox yaxşı biri kimi qəbul edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook