100 milyon ildir yatan mikroblar oyandırıldı
İyul 30
17:04
2020
Alimlər 100 milyon ildir yatmış vəziyyətdə olan mikrobları canlandırmağa nail olublar.
"Mikrobları tapanda öncə əlamətlərdən şübhələndim. Bir səhv və ya uğursuz təcrübə səəbindən ortaya çıxdıqlarını düşündüm. Dənizin altındakı biosferdəki orqanizmlər üçün yaş həddi olmadığını bilirik. Bizim əksimizə mikroplar bölünərək çoxalır və dolayısı ilə müəyyən bir ömürləri yoxdur", - deyə araşdırmanın baş müəlliflərindən olan Yuki Morono bildirib.