SON XƏBƏR

1,1 milyard manatı Azərbaycandan kim çıxarıb? - AÇIQLAMA

Aprel 10
11:52 2021
Hesablama Palatası nəyə görə Dövlət Gömrük Komitəsini və Mərkəzi Bankı ittiham edir?
 
"Ölkədən 1,1 milyard manat ekvivalentində nagd valyutanın çıxarılması məsuliyyətini Dövlət Gömrük Komitəsi Mərkəzi Bankın, MB-də DGK-nın üzərinə atır”.

Valyuta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

O, bildirib ki, Hesablama Palatasının fəaliyyətinə dair hesabatında 7 rezident bank vasitəsilə ölkədən xarici valyutanın çıxarılması zamanı sənədləşmə prosesində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb. 

Ekspert, Palatanın bu qənaətə Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar nəticəsində gəldiyini diqqətə çatdırıb. 

Onun sözlərinə görə, bununla bağlı açıqlama yayan DGK iddiaların tamamilə əsassız olduğunu və gömrük orqanlarının qanunvericiliyə uyğun olaraq üzərilərinə düşən vəzifələri tam yerinə yetirdiyini, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcud olduğunu bildirib. 

Q.İbadoğlu, DGK-nın Hesablama Palatasına verdiyi cavabda əsas məqamı yeniddən diqqətə çatdırıb:  

"Gömrük Komitəsi bəyan edib ki, qurumun ölkədən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur. Belə ki, nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun (yəni Mərkəzi Bankın) funksiyalarına aiddir”.

Ekspert, Mərkəzi Bankın (MB) HP-na verdyi cavabdakı əsas məqamlara nəzər yetirib: 

"AMB  açıqlama yayıb ki, Hesablama Palatasının hesabatında qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir. MB hesab edir ki, yoxlanılan dövr ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1.1 mlrd. manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib”. 

Onun sözlərionə görə, Hesablama Palatasının hesabatında ölkədən 1,1 milyard manat ekvivalentində nagd valyutanın çıxarılması zamanı sənədləşmə prosesində natamamlıqlar olduğunu qeyd edilir və DGK-nı suçlayır: 

"DGK məsuliyyəti MB-nin üzərinə atır. MB-də açıqlama verir ki, hər şey qaydasındadır. Belədirsə, onda sual olunur: Hesablama Palatası nədən yalan məlumat yayır? Özü də ölkədən qanunsuz çıxarılması iddia olunan valyuta vəsaiti 650 milyon dollar və ya 550 milyon avro ətrafındadır. Hesab edirəm ki, Hesablama Palatası təkrar açıqlama verməli və "itən pula" aydınlıq gətirilməlidir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook