11 rayonda modul tipli məktəb tikiləcək
May 17
00:29
2022
Prezident Təhsil Nazirliyinə 5 milyon manat vəsait ayırdı
Prezident İlham Əliyev Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı sərəncam imzalayıb.
11 rayonda 15 modul tipli məktəbin quraşdırılması məqsədilə dövlət büdcəsindən Təhsil Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Astaranın Diqo kəndinə (56 şagird) 285 min, Bərdənin Qaratəpə kəndinə (20 şagird) 207 min, Biləsuvarın Əmənkənd kəndində (56 şagird) 285 min, Cəlilabadın Vənlik kəndinə (80 nəfər) 354 min, Cəlilabadın kəndlərinə – Söyüdlü (96 şagird) 382 min, Həsənli (80 şagird) 354 min, Xaçmazın Mollabürhanlı kəndinə (96 şagird) 382 min, İsmayıllının kəndlərinə – Çəmənliyə (80 şagird) 354 min, Zərnavaya (80 şagird) 354 min, Qubanın Qələdüz kəndinə (132 şagird) 424 min, Lerikin Kəlvəz kəndinə (56 şagird) 285 min, Lerikin Anburdərə kəndinə (56 şagird) 285 min, Neftçalanın F.Mayılov adına Şorkənd kəndinə (96 şagird) 382 min, Sabirabadın Güdəcühür kəndinə (56 şagird) 285 min, Şamaxının Çöl Göylər kəndinə (96 şagird) 382 min manat ayrılıb.
Modul tipli məktəblərin 2022-ci ildə təhvil verilməsi nəzərdə tutulub.
2020-2021-ci illərdə 34 modul tipli məktəb istifadəyə verilib.
Yararsız məktəblərin sırasında Göyçay rayon Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbi də var. 1981-ci ildə istifadəyə verilən məktəbdə 358 şagird təhsil alır, 53 müəllim çalışır. Kollektivi tezliklə bu məktəbin də təmir olunacağına ümid edirdi. Bu dəfə verilən sərənncamda isə sözügedən məktəbin adının olmaması hələ şagirdlərin xeyli müddət bu vəziyyətdə dərsə gedəcəklərini göstərir.
Təhsil Nazirliyi ümumilikdə ölkədə nə qədər yararsız və qəzalı məktəbin statistikasını açıqlamayıb.