SON XƏBƏR

"118 min hektardan çox ərazi minalardan təmizlənib" - ANAMA rəhbəri

Yanvar 16
12:36 2024
2020-ci ilin noyabr ayından bu günədək 118 min hektardan çox ərazi minalardan təmizlənib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təmizləmə əməliyyatları nəticəsində 18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib: "Təəssüf ki, mina qurbanlarımız var. 2020-ci ildən bu günə qədər 347 nəfər minaya düşüb. Onlardan 65 nəfəri həlak olub".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook