SON XƏBƏR

119 türk hərbçisi ömürlük həbs cəzasına məhkum edildi

May 31
02:10 2019
Ankara məhkəməsi bu gün 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd edən 119 türk hərbçisinə ömürlük həbs cəzası verdi.

Bu barədə NTV telekanalı məlumat verir.

Saxlanılanlar arasında paytaxtın təhlükəsizlik idarəsi, parlament binası və kəşfiyyat xidməti binasına bomba atan hərbi pilotlar da var. Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Hulusi Akara ilə əlbir olan eks-polkovnik Uğur Kaptana 29 dəfə ömürlük həbs cəzası verilib.

15 iyul 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitləri dövlət çevrilişinə və R.T.Ərdoğanın devrilməsinə cəhd ediblər. Əsas qarşıdurma İstanbulda və Ankarada baş tutub, 250 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook