130 il sonra geri döndü - ABŞ-dakı "xəyali göl" niyə yenidən canlandı?
Dekabr 06
00:04
2024
Kaliforniyada yoxa çıxan "xəyali göl" 130 ildən sonra yenidən canlanıb və 94 min hektardan çox şəxsi kənd təsərrüfatı sahəsini rəsmi olaraq "udub".
Qaynarinfo xəbər verir ki, Tulare gölü Kaliforniyanın San Joaquin Vadisində yerləşən və 130 ildən sonra yenidən üzə çıxan bir "xəyali göl" olaraq tanınır. 17-ci əsrdə mövcud olan bu göl 1850-ci illərin sonlarından etibarən qurumağa başlayıb. Gölün quruması ərazidəki ekosistem və yerli icmalar üzərində ciddi təsirlər yaradan insan müdaxilələrinin nəticəsidir. Lakin 2023-cü ildəki böyük qış fırtınaları və Sierra Nevadadan gələn qar ərimələri ilə göl yenidən canlanıb.
Bir vaxtlar 100 mil uzunluğunda və 30 mil enində olan bu göl, su səviyyəsinin yüksəlməsi ilə yerli Taçi Yokut qəbiləsinin yaşayış sahələrini və məhsuldar kənd təsərrüfatı torpaqlarını əhatə edir. Bu dəyişiklik ərazidəki ekosistemi yenidən canlandırmağa başlayıb: ördəklər və digər su quşları illər sonra ilk dəfə olaraq göl sahillərinə axışıblar, hətta qurbağalar belə göl kənarında özlərini evdəki kimi hiss etməyə başlayıblar.
Vadinin bu hissəsini əvvəlcə öz evi adlandıran yerli Taçi Yokut qəbiləsi gölə "Paaşi" adını verib və göl onların həyatının mərkəzinə çevrilib. Lakin sonradan dövlət meliorasiya adlanan proses vasitəsilə gölü qurudub. Bu proses yerli xalqı evlərindən çıxarıb, ekosistemi məhv edib. Bu gün gölün geri dönməsi ilə suyun yüksəlməsi yalnız özəl əmlakları deyil, həm də ətraf mühitə zərər verən atıq maddələri də su altında buraxır. Lakin gölün yüksəlməsi müvəqqəti ola və yaxın gələcəkdə yenidən yox ola bilər.