SON XƏBƏR

14 yaşlı karateçimiz: `Erməni rəqibimə aman vermədim`

Noyabr 11
01:02 2016
Gürcüstanın paytaxtı Tbilisidə Kyokuşin karate üzrə Açıq Qafqaz çempionatı yarışları keçirilib.

Karabakhmedia.az
xəbər verir ki, 5 noyabr 2016-cı ildə Açıq Qafqaz çempionatında Azərbaycan, Almaniya, Gürcüstün, Qazaxıstan və Ermənistan idmançıları iştirak edib.

Milli komandamız Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Natiq Heydərovun və beşinci dan qara kəmər ustası Allahverdi Rüstəmovun rəhbərliyi altında mübarizəyə qoşulub. Çempionatın qalibi Gürcüstan komandası olub. İkinci yerə Azərbaycan, üçüncü yerə isə Ermənistan komandası çıxıb. 

Yarışda Azərbaycanı müxtəlif çəki dərəcələri üzrə 23 idmançı təmsil edib. İdmançılardan 19 nəfəri medal qazanıb: 4 qızıl, 5 gümüş, 10 bürünc medal.

Çempionatda 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Turan Qasımov Karabakhmedia.az-a açıqlama verərək bildirib ki, beynəlxalq yarışda ilk dəfədir iştirak edir: "Artıq beş ildir ki, Kyokuşin karate idman növü ilə məşğulam. İdmanla məşğul olduğum gündən dünya kəmərini qazanmaq arzusu ilə yaşayıram. Qafqaz çempionatına çox ciddi fiziki hazırlıq keçdim. Rəqiblərimdən ən güclüsü erməni idmançısı hesab olunurdu. Mən əslən Laçının Quşçu kəndindənəm. Erməni işğalının nəticəsidir ki, mən Laçında, öz ata-baba yurdumda doğulmamışam. Ona görə də erməni rəqibimə aman verməyəcəyim barədə düşünürdüm. Onların xalqımızın başına gətirdiyi müsibətlər gözlərimin qabağına gəldi. İkinci döyüşdə erməni idmaçısı ilə qarşılaşdım və qələbə qazandım. Mən müəllimlərim Ədalət Hümbətova və Eltac Hümbətova öz minnətdarlığımı bildirirəm. Zəhmətimi çox çəkiblər". 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook