"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib
İyun 10
12:45
2016
10 iyun 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Atçılıq Federasiyasının vitse - prezidenti Mahir Muradov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, KİV nümayəndələri, gənc idmançılar və fəal gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları və tədbir iştirakçılarını qarşıda gələn "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə təbrik edərək 1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə bir daha geniş nəzər salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, son 20 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi təmin olunub, iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılıb, Azərbaycan dünya birliyində özünə layiq yer tutub. Çıxışının sonunda A.Fərzəliyev yarış iştirakçılarına uğurlar arzuladı.
Sonra Azərbaycan Atçılıq Federasiyasının vitse - prezidenti Mahir Muradov, Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər natiqlər çıxış edərək qeyd etdilər ki, Azərbaycanda atçılıq idman növü lap qədimlərdən diqqətçəkən olub. Elə müasir dövrümüzdə də bu idman növünə maraq artmaqda davam edir. Hazırda Bakı Dövlət Cıdır Meydanının ərazisində Respublika Atçılıq İdman Məktəbinin fəaliyyət göstərməsi ölkəmizdə idmanın bu növünün inkişafından xəbər verir. Azərbaycan Respublikasında atçılığın hazırki vəziyyətinə gəldikdə qeyd etmək lazımdır ki, aqrar sahədə islahatlar aparıldıqdan sonra respublikada atların sayı artmışdır. Hazırda ölkəmizdə yüksək keyfiyyətli Qarabağ və Dilbaz atları həmçinin Quba, Şirvan və digər yerli atlar yetişdirilir.
Açılış mərasimindən sonra yarışlara start verildi. Yarışda 28 nəfər idmançı mübarizə aparmışdı.
Yarışda I yeri tutmuş "Hollywood IV” ləqəbli atla Əliverdiyev Səməd, II yeri tutmuş "Rodrigo” ləqəbli atla Salayev Həzrət və III yeri tutmuş "Voltram” ləqəbli atla Qurbanbəyov Dünyamalı təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qlobal.az