SON XƏBƏR

18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilib

Oktyabr 07
15:30 2016
Respublikanın 8 rayonu üzrə icarədə olan, lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi və dövlət mülkiyyətinə geri qaytarılması təmin edilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
 
Mətbuat xidməti bildirir ki, icarədə olan torpaq sahələrinin səmərəsiz istifadə olunması və ya tamamilə istifadəsiz saxlanması ilə bağlı 18 rayon üzrə 23 min hektar torpaq sahəsinin icarə müqavilələrinə xitam verilməsi istiqamətində isə hazırda işlər aparılır.
 
"Bütün bu hallarla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunaraq pozuntulara yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim olunub. Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub.

Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib”.
 
Müxtəlif dövrlərdə ölkə başçısı tərəfindən verilmiş müvafiq fərman və sərəncamlar ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib. Bununla bağlı cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Bütün bu nəzarət tədbirləri və sayəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, təyinatına uyğun yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin edilir. (contact.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook