190 manat alanların siyahısı açıqlanıb
May 06
11:00
2020
Daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib. Onlar göndərilən SMS-lərdə göstərildiyi qaydada poçt şöbələrindən və ya bank fililallarından vəsaitlərini alıblar.
May ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyi sifarişi ilə hazırlanan kartlar banklar tərəfindən hazırda onlara təqdim edilir.
Digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, Nazirlik bu sahədə də şəffaflıq və ictimai açıqlıq prinsipini rəhbər tutur.
Bu məqsədlə birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısını da Nazirlik rəsmi saytında yerləşdirib. (http://sosial.gov.az/FWsiyah%C4%B1s%C4%B1/Siyahi600.pdf)
Eyni zamanda, özünüməşğulluq proqramına cəlb edilənlər və onlara təqdim edilmiş aktivlər, aktivlərin təhvil verilməsini əks etdirən rəsmi sənədlər (skan edilmiş formada), foto və videomateriallar da saytda (https://mas.mlspp.gov.az/selfemployment/) yer alıb.