SON XƏBƏR

2 gündə 4 tender qazanan şirkət kimə məxsusdur? - Tender mafiyası iş başında (ARAŞDIRMA)

Yanvar 13
16:56 2021
12 və 13 yanvar tarixlərində Salyan Suvarma Sistemləri İdarəsi 4 tender keçirib. 

Qaynarinfo xəbər verir ki, təxminən 1 milyon manat dəyərində olan 4 satınalmanın hamısını bir şirkət qazanıb. 

Belə ki, "Sevinc-96” MMC mexanizmlər, təkərli traktor və avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması üzrə 197079.06, nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması üzrə 279447.39, təmir tikinti işləri üçün tikinti materiallarının satınalınması üzrə 266140.27 və elektrik və mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satınalınması üzrə 263401.88 manat alacaq. 

Qeyd edək ki, 31.07.1996  tarixində dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxiyevdir. 20 manat nizamnamə kapitalına malik şirkət ötən ilin iyun ayının 1-də Salyan rayon İcra Hakimiyyətindən də abadlaşdırma işləri adı ilə 1 milyon 21 min 928 manat  dəyərində tender qazanıb. 



Araşdırmalar zamanı məlum oldu ki, Salyan rayon Maliyyə İdarəsi  2020-ci ilin dekabr ayının 9-da "Sevinc-96" MMC ilə 7900 manat dəyərində (tikili və avadanlıqların cari təmiri) satınalma müqaviləsi bağlayıb. 

Mediada yayılan məlumatlara görə, "Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur. 2018-ci ilin yanvar ayının 23-də Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin sifarişçisi olduğu V lot üzrə ümumi məbləği 399.862 manat olan tenderin qalibi Qurban Abbasovun təsisçisi olduğu "İlkin-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

İlkin-N MMC 2019-cu ilin yanvar ayının 16-da Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin VI lot üzrə keçirdiyi 573.848 manatlıq tenderin qalibi elan edilib.

Mətbuatda dərc olunan məlumatlarda həmçinin iddia olunur ki,  Qurban Abbasovun sahibi olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan "İlkin N”, "XXI-əsr”, "CSM Nix”, ”Sevinc 96”, "Nigar LTD”, "Halal İnşaat” və "A+B OİL Servis” MMC-lər vergidən yayınır. 

Qeyd edək ki, təkcə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin yox, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası və Azər İsmayılova bağlı digər idarələr milyonlarla dəyəri olan 148 tenderi” İlkin-N” MMC adlı şirkətə verib.
 
Mənbə: Qaynarinfo.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook