SON XƏBƏR

20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq

Oktyabr 24
11:33 2020
Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki "20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində "Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu haqda məlumatlar yayılıb.

Qlobal.Az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-nin efirində çıxışı zamanı deyib.

E.Rüstəmov deyib ki, banknotların hərəsinin öz mövzusu var:

"O statuslarla mən də tanışam, maraqlıdır, lakin burada heç bir mistik, konspiroloji şey yoxdur. 1 manatlıq bizim mədəniyyətimizi, 5 manatlıq yazı və ədəbiyyatımızı, 10 manatlıq tariximizi, 20 manatlıq Qarabağ, 50 manatlıq təhsil və gələcək, 100 manatlıq iqtisadiyyat və yüksəlişi, 200 manatlıq isə bütövlükdə modern Azərbaycan mövzusuna həsr olunub. 

20 manatlıq əsginasın önündə təsvir olunan dəbilqə, qılınc, qalxan Azərbaycan xalqının namusu, qeyrəti, şərəfi simvollarıdır. Bizim döyüş əzmimiz göstərir ki, biz bu torpaqları hansı yolla olursa olsun, azad edəcəyik. O gün bu gündür. Əsginasın üzərindəki xarı bülbül isə bizim mədəni beşiyimiz olan Şuşanın simvoludur. Arxadakı xalça simvolu isə Qarabağ xalçasıdır. Bizim 20 manatlıq banknotumuz tam şəkildə Qarabağ mövzusuna həsr olunub. 20 manatlıq əsginasın üzərindəki "Qarabağ” sözü isə cənab Prezidentin dilindən düşməyən "Qarabağ Azərbaycandır” ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik”.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-dən 1, 5, 20 və 50 manatlıq pul nişanları yeni dizaynda dövriyyəyə buraxılacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook