20 saylı DSK sədri Bakı Sağlamlıq Mərkəzində seçki hazırlığı ilə tanış olub
Fevral 03
23:15
2024
Bugün Nərimanov rayonu dairə seçki komissiyasının sədri Musa Musayev və dairə üzvləri Bakı Sağlamlıq Mərkəzində müalicə alan xəstələr üçün yaradılan 39 saylı seçki məntəqəsinə baxış keçiriblər.
Seçkilərdə iştirakın əlçatanlığını artırmaq üçün Bakı Sağlamlıq Mərkəzində müalicə alan seçici xəstələri nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası Bakı Sağlamlıq Mərkəzində müvəqqəti seçki məntəqəsi yaradıb.
Bakı Sağlamlıq Mərkəzində yerləşən 39 saylı seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlər ilə təmin olunub, orada seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr yaradılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
Baxış zamanı seçkilərə hazırlıq prosesi ilə bağlı müzakirələr aparmışdır. Nərkəzin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov bütün təşkilati tədbirlərin aparıldığını və məntəqənin seçki gününə tam hazır olduğunu bildirmişdir.
Musa Musayev seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün 39 saylı seçki məntəqəsində yaradılan bu şəraitdən razılığını bildirmişdir.
İcraçı direktor Dos. Dr. Asiman Həsənov xalqımızı Prezident seçkilərində aktiv şəkildə səsvermə hüququndan istifadə etməyə və fəal olmağa çağırır və 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində müasir qüdrətli Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməyin düzgün mövqe olduğunu bildirib.
Möhtərəm Prezidentimiz İlham Əliyev prezidentliyin ilk dövrlərindən həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında yerinə yetirmişdir.

Azərbaycan dövlətinin ən yeni Şərəf və Zəfər tarixini yazmışdır! Hər bir azərbaycanlı öz Prezidenti ilə qürur duyur!
Qlobal.az