200 milyona 25 km yol çəkən “BAYRAM-M” MMC indi “SİRR-M” MMC kimi 500 minə haranı təmir edir
İyul 07
15:07
2023
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binasında cari təmir işlərinin satınalınması üzrə 24.01.2023-cü il tarixdə başlanılmış tender müsabiqəsinə yekun vurulub və "SİRR-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 275.885,27 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə 06.07.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında məlumat verilib.
Məlumatdan da görsəndiyi kimi, açıq tender müsabiqəsinə 24.01.2023-cü il tarixində başlanılıb. Tendrdə zərflərin açılış tarixi isə 23.02.2023-cü il tarixə müəyyən edilib. Tenderin şərtlər toplusuna görə MMC Məhkəmə Ekspertizası Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 18 ünvanda yerləşən inzibatı binasında təmir işləri aparmalıdır.
Burada maraqlı məqamlar var. Tender zərfləri 23.02.2023-cü il tarixdə açılıbsa, məlumat nə üçün qanunvericiliyin tələblərinə uyğun olaraq 10 bank günü ərzində ictimaiyyətə açıqlanmayıb, üstündən üş ay keçdikdən sonra, 06.07.2023-cü il tarixdə açıqlanıb?
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi "SİRR-M” ilə Mərkəzin Bakı şəhərində və regionlarda yerləşən inzibati binalarında cari təmir işlərinin satınalınması üzrə 276.295,14 manat məbləğində bir satınalma müqaviləsi də 17.11.2022-ci ildə bağlayıb. Tenderin şərtlər toplusunda aparılacaq bu təmir işlərinin də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 18-də aparılacağı göstərilir. Buradan belə çıxır ki, Ekspertiza Mərkəzi göstərilən ünvanda təmir işlərinin aparılması üçün "SİRR-M” ilə ümumi olaraq 552 280 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Bəs "SİRR-M” haqqında nə kimi məlumatlar var? Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "SİRR-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində 03.06.1996-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı MASALLI RAYONU, YEDDİOYMAQ Ə/V, qanuni təmsilçisinin isə Qulamov Vüsal Nəsrəddin oğlu olduğu göstərilir.
Apardığımız ətraflı araşdırmalarda məlum oldu ki, "SİRR-M” MMC-nin adı 2016-cı ilə qədər "BAYRAM-M” MMC olub. Dövrü mətbuatın 2014-cü ildə yaydığı məlumatda "BAYRAM-M” MMC-nin 25 kilometrlik Şorsulu-Xırmandalı yolunun çəkilişini 200 milyon manata həyata keçirməsi və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsində iştirakçı olduğu bildirilir. Məlumatda həmçinin qeyd edilir ki, Şirkətin təsisçisi Ramazan Zeynalovdur. Arayış üçün bildirək ki, R.Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin yaxın qohumu, ölkənin tanınmış iş adamlarından sayılan Hacı Mazandır. İş adamı ictimai rəydə rəsmi ad və soyadı ilə yox, məhz Hacı Mazan kimi tanınır. Rəsmi olaraq şirkətin ticarət avadanlıqlarının idxalı, satışı və təmiri ilə məşğul olub. Yəni şirkət yol tikintisi üzrə ixtisaslaşmayıb. Bu halda şirkətin hansı yolla 200 milyon manatlıq tenderi udmasının özü qaranlıq məqamlardan biri və birincisidir.
Aktualinfo.org-un Dövlət Vergi Xidmətinin reyesr məlumatları üzərindən apardığı araşdırmada məlum oldu ki, Zeynalov Ramazan Hüseyn oğlu 2018-ci ildə "SİRR-M” MMC-nin qanuni təmsilçisi kimi göstərilib. Bundan başqa, MMC -nin qanuni təmsilçilərindən biri də Əliyev Sahibəli İmran oğlu olub. Sözügedən şəxs Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisi vəzifəsində işləyərkən özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi İbadova Məhəbbət Seyfəddin qızı və mühasibi İbrahimova Şəlalə İsgəndər qızından ibarət mütəşəkkil dəstə təşkil etməklə, öz qulluq mövqeyindən istifadə edərək filialın külli miqdarda əmlakını, yəni 612.746 manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə talamış, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.
Göründüyü kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin qalib elan etdiyi "SİRR-M” MMC haqqında çoxsaylı qaranlıq məlumatlar var. "BAYRAM-M” MMC kimi yol tikintisinə heç bir aidiyyatı olmayan şirkətinin 200 milyon manatlıq layihəni "udması”, sonra da, "SİRR-M” MMC kimi Məhkəmə Ekspertizası Mərkəzinin eyni ünvanda yerləşən bir inzibatı binanın təmiri üzrə iki dəfə tenderin qalibi olması müəyyən şübhələrə yol açır. Bizi izləyin.