SON XƏBƏR

“Trabzonspor”a ağır cəza

Noyabr 04
15:03 2015
Türkiyənin "Trabzonsapor” klubu ağır cəzaya məruz qalıb.
 
Apasport.az saytının məlumatına görə, "qaradənizlilər”in rəhbərliyi Türkiyə Superliqası çərçivəsində "Qaziantepspor”la qarşılaşmadan sonra hakimi girov götürdükləri üçün üst-üstə 2 milyon Türkiyə Lirası miqdarında cəzalanıb. Bundan başqa bir sıra klub rəsmiləri 1 ildən 410 günə qədər haqqlarından məhrum edilib.
 
Klub prezidenti İbrahim Hacıosmanoğlu isə 280 gün haqq məhrumiyyəti və 150 min lirə pul cəzasına məruz qalıb. Yerli mətbuat bu cəzanın Türkiyə futbolu tarixində ən ağır cəzalardan biri olduğunu yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook