SON XƏBƏR

2016-cı ildə Naftalana rekord sayda turist gəlib- FOTOLAR

Yanvar 11
12:12 2017
Prezident cənab İlham Əliyev 2014-cü ildə Naftalanda "Qarabağ SPA and Resort” otel kompleksinin açılışında ictimaiyyətlə görüşü zamanı qeyd etmişdir ki,  
 
"Naftalanın çox böyük tarixi, şöhrəti var. Biz bu şöhrəti indi bərpa edirik. Sovetlər vaxtında 80 minə qədər turist gəlirdi. Biz son illərdə bu praktikanı bərpa edirik. Bu il 15 minə qədər turistin gəlişi gözlənilir. Hələ ki, biz sovet səviyyəsinə çatmamışıq, ancaq əminəm ki, çatacağıq”.
 
Bəli, bu gün ölkə başçısının Naftalanın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin  nəticəsində Naftalan şəhəri nadir müalicəvi xassəli naftalan neftinə, mülayim iqlimi və müasir turizm infrastrukturuna görə turistləri özünə cəlb edir. Şəhərdə fəaliyyət göstərən otellərdə turistlərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlar vardır. 
          
Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin sayında artım müşahidə edilmişdir. Təkcə 2016-cı ilin dekabr ayında  Naftalanda 1510 nəfər turist olmuşdur. Yeni ilin gəlişi ilə əlaqədar bayram günlərində qonaqların istirahəti ən yüksək səviyyədə təşkil edilmiş,otellər turistlərlə dolmuş və boş yer olmamışdır. Yeni il axşamı turistlər üçün daha mənalı və yaddaqalan keçmişdir.
 
Qeyd edək ki, 2016-cı il son beş ilin turistlərin rekord sayı ilə yadda qalıb. Ötən il şəfa tapmaq və istirahət etmək məqsədilə Naftalanın sanatoriya-kurort mərkəzlərinə üz tutan yerli və xarici turistlərin sayı son 5 ildəkindən 3 dəfə çox olub. Belə ki, 2016-cı ildə Naftalanın turizm obyektlərində 25 min turist qeydə alınıb ki, bunun da 5200 nəfəri xarici turistlər olmuşdur.
 
Ötən il ilk dəfə olaraq Naftalana ərəb turistlərin gəlməsi də müşahidə olunmuşdur. Xarici turistlər arasında Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Ukrayna, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Pakistan, Gürcüstan, Fransa, İtaliya, Estoniya, Kolumbiya, Çexiya, İsveç, Norveç, Çin, Böyük Britaniya və Koreyadan, ümumilikdə 54 ölkədən gələnlər olub.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook