Güləşçilərimiz Avropa çempionatında bürünc medal qazandı
Mart 12
23:23
2016
Bu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında iki güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.
Musavat.com-un məlumatında görə, yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində mübarizə aparan Kamran Məmmədov bürünc medal uğrunda görüşdə litvalı rəqibi Edqaras Ventskaitis üzərində 6:3 hesablı qələbə qazanıb.
98 kq dərəcəsində mübarizə aparan Orxan Nuriyev isə Belarus idmançısı Aleksandr Hrabovika 6:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, çempionatda sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.
Qlobal.az