SON XƏBƏR

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Avqust 26
12:31 2016
"Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2581 nömrəli quyu qazmadan sonra istismara verilib.
 
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2670-2665 metr intervaldan sutkalıq 20 ton neft və 4 min 200 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
 
Quyu "Azneft” İstehsalat Birliyinin "Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook