Cəlilabadda Atəbəylər dövrünə aid xəzinə tapılıb
Avqust 29
11:25
2016
Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığındakı qədim yaşayış yerindən XII əsrə aid pul dəfinəsi tapılıb.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundanModerator.az-a verilən məlumata görə, təsərrüfat küpünün içərisində 273 ədəd mis sikkələrdən ibarət olan dəfinə instituta təhvil verilib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundanModerator.az-a verilən məlumata görə, təsərrüfat küpünün içərisində 273 ədəd mis sikkələrdən ibarət olan dəfinə instituta təhvil verilib.
Sikkələr AMEA-nın iki institutu tərəfindən tədqiq ediləcək.
Qeyd edək ki, qədim pullar Atabəy Eldəgizlər dövrünə aiddir. Dirhəmin bir tərəfində Abbasilərin xəlifəsi olan Əbül Müzəffər əl-Müstəncidin adı həkk olunub. Digər tərəfində isə "Qurani Kərim”in "Tövbə” surəsinin 33-cü ayəsindən bir hissə yazılıb.
Qlobal.az