“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ!
Noyabr 04
01:03
2016
Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib. Təmsilçimiz "Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam klubu səfərdə Yunanıstanın PAOK-unun qonağı olub. Görüş bu dəqiqələrdə başa çatıb.
Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) Qurban Qurbanovun komandası bunu Salonikidə də təkrarlayıb. "Qarabağ” matçın 69-cu dəqiqəsində Miçelin qolu ilə qalib gəlib: 0-1.
Bununla da "Qarabağ” PAOK-u qabaqlayaraq qrupda ikinci pilləyə yüksəlib.