SON XƏBƏR

“Unibank” “Moody’s”a yalan məlumat verir – Əməkdaşlıq dayandırıldı

Fevral 07
11:39 2017
"Moody’s” beynəlxalq reytinq agentliyi "B3″ səviyyəsində olan uzunmüddətli yerli və xarici valyuta depozitləri üzrə reytinq və "Not-Prime” səviyyəsində olan qısamüddətli yerli və xarici valyuta üzrə reytinq də daxil olmaqla "Unibank” ASC-nin reytinqini geri çağırıb.

Agentlikdən "APA-Economics”ə verilən xəbərə görə, bununla yanaşı, agentlik bankın kreditin baza qiymətləndirilməsi reytinqini "b3″ səviyyəsində, kontragentin risk qiymətləndirməsini isə "B2/Not-Prime” səviyyəsində təyin edərək geri çağırıb. Reytinqin geri çağırılmasından əvvəl isə bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz neqativ olub.

Agentliyin analitikləri bildirir ki, reytinqin qorunub saxlanılması üçün bank agentliyə kifayət qədər məlumat vermir və verilən məlumatlar da həqiqəti əks etdirmir. Buna görə, "Moody’s” bankın reytinqini geri çağırmalı olub. "Bankdan verilən məlumata görə, aktivlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 727,6 mln. manat təşkil edir”, – deyə məlumatda bildirilir.

"Unibank” ASC "Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb.

Bankdan "APA-Economics” bildirilib ki, kredit reytinqi xarici bazarlardan vəsaitlərin cəlbi zamanı tələb olunur. Bu gün daxili bazardan, xarici bazarlar ilə müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan bahalı reytinqin saxlanılmasına ehtiyac yoxdur. Bu səbəbdən də "Moody’s” ilə əməkdaşlıq dayandırılıb: "Əgər xarici bazarlardan vəsaitlərin cəlbi gündəmdə olarsa, biz yenidən əməkdaşlığı nəzərdə keçirəcəyik. Reytinq üçün "Moody’s” agentliyinə kifayət qədər böyük məbləğdə vəsait ödənilirdi. Həm də reytinqə ehtiyacın olmadığını, həm də xərclərin optimallaşdırılmasını nəzərə alaraq agentlik ilə əməkdaşlığı dayandırmışıq”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook