MKİ dəqiqləşdirdi: Xaşoginin ölüm əmrini vəliəhd şahzadə verib
Noyabr 17
11:02
2018
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) jurnalist Camal Xaşoginin öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın verdiyi qənaətinə gəlib.
Bu məlumatı "Washington Post” nəşri yayıb.
Nəşr "MKİ şahzadə bin Salmanın Xaşoginin sui-qəsd əmrini verdiyi qənaətinə gəlib" başlıqlı yazı dərc edib.
Rəsmilər bu informasiyanın etibarlı mənbədən alındığını deyir və bildirirlər ki, bu iddia bu günə qədər Məhəmməd bin Salmanı cinayətlə əlaqələndirən ən dəqiq məlumatdır. Bu da Tramp rəhbərliyinin Bin Salmanla münasibətlərini qorumaq səylərini çətinə salacaq.
Kəşfiyyatçılar vəliəhd Məhəmmədin qardaşı, Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Xalid bin Salmanın Xaşogi ilə telefon danışığını da araşdırırlar.
İddialara görə, Xalid bin Salman Xaşogiyə İstanbuldakı Baş konsulluğa gedib sənədlərini almasının təhlükəsiz olacağını deyib.
Rəsmi şəxslər Xalidin cinayətdən xəbərdar olub-olmadığını bilmədiklərini də açıqlayırlar.
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin sözçüsü Fatimah Baeshen Xalidin Xaşogi ilə konsulluğa getməsi məsələsində telefonla danışmadığını və MKİ-nin nəticələrinin "səhv" olduğunu deyib.
Xəbərdə, həmçinin ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Məhəmməd bin Salmanla yaxın əlaqəsinə işarə edilib.
Qəzet yazır ki, prezident Tramp MKİ və Xarici İşlər Nazirliyinin rəsmilərindən Xaşoginin cəsədinin harada olduğunu soruşub və müsbət cavab ala bilməyib: "Tramp yüksək səviyyəli Ağ Ev rəsmilərinə Məhəmmədin vəzifədə qalması üçün tapşırıqlar verib və bunu Səudiyyə Ərəbistanının İrana nəzarət edilməsində yardımçı olacağı ilə əsaslandırıb. Ağ Evin sahibi Xaşoginin ölümünə görə Səudiyyə Ərəbistanı ilə mübahisə istəmədiyini bildirib".
Bu arada, ABŞ-ın yüksək səlahiyyətlisi də Associated Press (AP) agentliyinə deyib ki, səudiyyəli jurnalist Camal Xaşoginin öldürülməsi əmrini Vəliəhd Məhəmməd bin Salman verib.
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin sözçüsü Fatimah Beşen MKİ-nin irəli sürüdüyü iddaları təkzib edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Xaşogi ilə bağlı cinayət işini aparan prokuror qətldə ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.
Onu da xatırladaq ki, "Vaşinqton post” qəzetinin əməkdaşı C.Xaşogi bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.
C.Xaşogini öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: "Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.