SON XƏBƏR

Gürcüstanın Baş naziri istefa verdi

Sentyabr 02
13:39 2019
Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verib.
 
Qaynarinfo xəbər verir ki, M.Baxtadze vəzifəsini tərk etməsi barədə "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: "İstefa vermək barədə qərar qəbul etmişəm, belə ki, indiki mərhələdə missiyamı yerinə yetirdiyimi hesab edirəm”.

O bildirib ki, hakim Gürcü Arzusu Partiyasının üzvü olub və bundan sonra da üzvü qalacaq.

Qeyd edək ki, M.Baxtadze 2018-ci ilin iyun ayından ölkənin Baş naziri idi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook