SON XƏBƏR

"Qarabağ"dan möhtəşəm qələbə

Oktyabr 04
04:24 2019
Bu gün Avropa Liqasında II turun oyunları keçirilib.

"Qarabağ” Lüksemburqda "Düdelanj”ın qonağı olub. "Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşündə "Qarabağ" 4:0 hesablı qələbə qazanıb.

Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxıb.

Azərbaycan çempionu ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Cənubi Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.

Qeyd edək ki, A qrupunun digər matçında "Sevilya” APOEL-i 1:0 hesabı ilə yenib.

Avropa Liqası
Qrup mərhələsi
A qrupu,  II tur

3 oktyabr

Düdelanj (Lüksemburq) - Qarabağ (Azərbaycan) 1:4
Qollar: Abdulla Zubir, 11. Mişel, 30. Riçard Almeyda, 37. Dani Kintana, 70.
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (Şotlandiya).
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç).
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya).
"Jozi Bartel” stadionu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook