2021-ci ilin dövlət büdcəsinin təsdiqi niyə ləngiyir?
Dekabr 16
18:53
2020
Gələn ilin dövlət büdcəsinin təsdiqi ləngiyir. Ekspertlər 2021-ci ilin baş maliyyə planının hələ də təsdiq olunmamasının səbəbini koronavirus pandemiyası, işğal olunmuş torpaqlarımızın azad olunması, neftin qiymətinin ucuzlaşması və s. amillərlə izah edirlər.
Büdcə sistemi haqqında qanuna görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi cari ilin oktyabr ayının 15-dən gec olmayaraq, Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir.
Həmin qanunun 14-cu maddəsində deyilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc edilir.
"Bir vacib hüquqi məqamı deyim. Doğrudur ki, büdcə layihəsi oktyabrın 15-dək parlamentə təqdim edilməli, dekabrın 20-dək qanunverici orqan təsdiqləməlidir.
Aydındır ki, hər 2 təqvim pozulub.
Amma "Büdcə sistemi haqqında" Qanun yaranmış fors-major stiuasiyaları sığortalayır. Qanunun 15.4-cü maddəsinə görə:
1) növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir.
2) Eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir.
Eyin zamanda, həmin qanunun təsdiqilə bağlı prezident fərmanının 2-ci maddəsinə əsasən, müvəqqəti maliyyələşmənin aparılması qaydasının müəyyən edilməsi dövlət başçısının səlahiyyətinə aiddir.
Yəni bu müddəalar göstərir ki, nəzəri və hüquqi olaraq gələn ilə büdcə təsdiq edilmədən də daxil olmaq mümkündür”.
Büdcə sistemi haqqında qanuna görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi cari ilin oktyabr ayının 15-dən gec olmayaraq, Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir.
Həmin qanunun 14-cu maddəsində deyilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc edilir.
Maddə 15.3-də isə növbəti büdcə ili üzrə dövlət büdcəsinin cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq olunması əksini tapıb.
Qaynarinfo xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev gələn ilin dövlət büdcəsi layihəsinin gecikməsini belə şərh edib.